“Zəfərimiz ən gözəl hədiyyə olacaq” -Zelenski - VİDEO 

23:26 13.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı döyüşlərdə yaralanan əsgərləri ziyarət edib.

 

Hafta.az xəbər verir ki, xəstəxanada yaralılara baş çəkən Zelenski onlara şəfa diləyib.

 

"Tezliklə sağalın. İnanıram ki, hər kəsə ən gözəl hədiyyə bizim zəfərimiz olacaq", - Prezident əsgərlərlə söhbətində deyib.